Ortodontiya -əyri dişlərin düzəldilməsi, diş çənə və üzündəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan bir bölümdür.
Breketlə müalicə (breketlərin daşıma müddəti) yüngül dərəcəli əyriliklərdə 6-8 ay, orta dərəcəli əyriliklərdə 12 ay, ağır dərəcəli əyriliklərdə isə 18 ay və daha çox müddət civarındadır. Əyriliklərin dərəcəsi isə müayinə zamanı təyin olunur.
Diş əyriliklərinin breketlərlə müalicəsinin səbəbi dişlərin estetik olaraq düzəldilməsi ilə birliktə dişlərin sağlamlıqlarının qorunmasıdır. Belə ki, dişlər əyri olduqları zaman təmizlənmələri bir xeyli çətinləşir. Xüsusilə də əyrilik bölgələrində dişləri təmiz saxlamaq çətinləşir və o bölgədəki dişlərin və diş ətlərinin sağlamlığı təhlükə altındadır. Eyni zamanda ortodontik müalicə ilə alt və üst dişlərin bir-biri ilə düzgün bağlanmağını təmin etmək – qidaların düzgün çeynənməsi və lazımı qədər üyüdülməsi deməktir. Bu da öz növbəsində həzm sisteminin xəstəliklərinin qarşısını almaq deməktir.
Yəni dişlərin sağlamlığını qorumaq üçün aparılan bir müalicə təbii olaraq dişlərə zərər verməz. Lakin həkimin təcrübəsizliyi və pasiyentlərin səhlənkar yanaşması dişlərə zərər verə bilər.
Günümüzdə breket deyildikdə əsasən ağla gələn metal breket növləridir. Dişlərin üzərinə yapışdırılan, yüksək keyfiyyətli paslanmaz poladdan istehsal olunan metal materiallardır. Müasir dövrdə istifadə olunan metal breketler keçmişə nəzərən daha kiçik, komfortlu və estetikdir.
Linqual Breketlər dişlərin ön tərəfinə deyil,
arxa hissəsinə (dil tərəfinə) yerləşdirilir. Buna görə də, breketlərin görünməsini istəməyən şəxslər üçün ideal seçimdir.
Breketlərin görünməsini istəməyən şəxslər üçün ideal seçimlərdən biri şəffaf kappalardır. Şəffaf kappalar daha çox yüngül və orta dərəcəli əyriliklərdə istifadə edilir.
Estetik breket növü olan Keramik breketlər əsasən müalicə zamanı breketin görünməsindən şikayət edən pasientlər üçün nəzərdə tutulub. Bu breketlərin metal breketlərdən funksional olaraq heç bir fərqi olmasa da, estetik olaraq daha az görünür.