Dişlərimiz niyə əyilir❓
🔻Vaxtında ana südü ilə qidalanmamaq çənənin inkişafına təsir edir. Çənə inkişafdan qalanda dişlər bir cərgədə yerləşmək üçün yer tapa bilmir. Uşaqları pis vərdişlərdən kənarlaşdırmaq lazımdır, barmaq sovurmaq, əmzikdən çox istifadə etmək diş sırasında qüsurlar yarada bilər.
📌Diş əyriliyinin səbəblərindən biri də
genetik faktorlardan asılı ola bilər, buna görə də uşaqları vaxtında diş müayinəsinə aparmağı tövsiyə edirik.
🦷Dişlərin çarpazlığı, balanslı olmayan üz və çənə quruluşuna səbəb olur. Ortodontik müalicə ilə qısa müddətdə daha yaxşı bir təbəssüm əldə edə bilərsiniz.