Linqual breket

linqual

Linqual Breketlər dişlərin ön tərəfinə deyil, arxa hissəsinə (dil tərəfinə) yerləşdirilir. Buna görə də, breketlərin görünməsini istəməyən şəxslər üçün ideal seçimdir.

Linqual breketin üstünlükləri :

  • Breketlərinizin olduğunu anlamaq mümkün olmayacaq.
  • Diş əyrilikləri probleminiz həll olunaraq estetik dişlərlə gözəl təbəssümə sahib olacaqsınız.
  • Linqual breketlər ənənəvi breketlərdən fərqli olaraq öz-özünə bağlanır yəni, burada plastik liqatura və ya kauçuk rezinlər tələb olunmur. Beləliklə onlar daha az həcmlidir və onları təmiz saxlamaq daha asandır.

Linqual breketlə müalicə zamanı sadə metal breketlə müalicəyə nisbətən arzulanan nəticəni əldə etmək üçün uzunmüddətli müalicə periodu lazım olur. Pasiyentin dili breketə toxunduğu üçün müəyyən diskomfort hissi yaratması və dişlərin təmizlənməsi zamanı yaranan çətinliklər bu növ breketlərin mənfi xüsusiyyətlərindəndir.

© Copyright 2022 – Sağlam Diş  |  Bütün hüquqları qorunur  |  Hazırladı: SR Tech