Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar.
Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamamlıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri, ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozuqluğu və çirkin xarici görünüşə gətirib çıxarar.
Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəbolur.
Bu səbəbdən süd dişlərindəki çürüklər “onsuz da onların yerinə yeniləri gələcək” deyilərək biganə yanaşılmamalı və müalicə edilməlidir.