Ortodontiya əyri dişlərin düzəldilməsi, diş çənə və üzündəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan bir bölümdür.
Ağız sağlamlığında böyük rol oynayan
Breketlərin növləri
Metal breket - dişlərin üzərinə yapışdırılan, yüksək keyfiyyətli paslanmaz poladdan istehsal olunan metal materiallardır.
Linqual breket - dişlərin ön tərəfinə deyil, arxa hissəsinə (dil tərəfinə) yerləşdirilir. Buna görə də, breketlərin görünməsini istəməyən şəxslər üçün ideal seçimdir.
Şəffaf kappalar - breketlərin görünməsini istəməyən şəxslər üçün ideal seçimlərdən biri şəffaf kappalardır. Şəffaf kappalar daha çox yüngül və orta dərəcəli əyriliklərdə istifadə edilir.
Keramik breket - estetik breket növü olan Keramik breketlər əsasən müalicə zamanı breketin görünməsindən şikayət edən pasientlər üçün nəzərdə tutulub.
Nə qədər müddət breket taxmalıyam?
Breketlə müalicə (breketlərin daşıma müddəti) yüngül dərəcəli əyriliklərdə 6-8 ay, orta dərəcəli əyriliklərdə 12 ay, ağır dərəcəli əyriliklərdə isə 18 ay və daha çox müddət civarındadır. Əyriliklərin dərəcəsi isə müayinə zamanı təyin olunur.
Breketlərlə ağız qulluğu
Dişləri mütəmadi fırçalayın və ortodontik diş saplarından istifadə edin.
Yapışqan və sərt qidalardan çəkinin.
Periodik olaraq həkiminizi ziyarət edin.
Müasir breketlər estetik görünüş və yüksək funksionallığı birləşdirərək, dişlərinizi düzəltmək və sağlam bir gülüşə sahib olmaq üçün ideal seçimdir.
Breket qoydurmaq üçün 6️⃣ əsas səbəb!
Dişlərin estetik olaraq düzəldilməsi
Diş təmizlənməsinin daha da rahatlaşması
Sağlam diş ətləri
Alt və üst dişlərin bir-biri ilə düzgün bağlanmağını təmin etmək