Diş qapaqları dişdə olan qüsurlar plombla örtmək mümkün olmadıqda istifadə olunan çıxmayan protez konstruksuyalardır.
Klinikamızda sizin üçün təklif etdiyimiz
Hər istəyə uyğun diş qapaqları
Zirkon qapaqlar - təbii dişlərdən seçilmirlər, İstifadəsi zamanı diş az yonulur, insan organizminə ziyanı yoxdur, Çəkisinin az olması səbəbi ilə tez bir zamanda öyrəşmək mümkündür.
Vinir qapaqlar - çox incə və metalsız olduğundan təbii dişlərə mükəmməl estetik görünüş verməklə sizi yenidən güldürəcək.
E-max qapaqlar - şəffaf olub diş ətində rəng dəyişmə effekti vermir.
Metal keramika - alt qatı metal olan keramika qapaq konstruksiyalardır. Buna görə də, işıq keçirə bilmir və bu səbəbdən tam təbii və estetik görsənmir.
Hollywood Gülüşü
Günümüzdə estetik qayğılar və gözləntilər tibb sahəsində olduğu kimi stomatologiyadada olduqca aktualdır. Bu məqsədlə dünyada və ölkəmizdə insanlar Hollywood gülüşü üçün müraciət edir.Bu zaman xəstənin üz, burun, dodaq, çənə, diş və dişəti forması dəyərləndirilərək ən ideal gülüş dizayn edilir.
Baxım Məsləhətləri
Qapaqlarınızın ömrünü uzatmaq üçün:
Hər gün dişlərinizi fırçalayın və diş sapından istifadə edin.
Sert qidaları çeynəməkdən çəkinin.
Daimi stomatoloji müayinələrə gedin.
Diş qapaqları təbii dişlərinizin üzərinə yerləşdirilir və gücləndirici, qoruyucu və ya estetik funksiyalar yerinə yetirir.