Müxtəlif göstəricilərə görə 50-80% uşaqlarda erkən yaş dövrlərində ortodont müayinəsi mütləqdir. Uşaqlarda ilk ortodontik müayinə 7-8 yaşlarında aparılmalıdır. Uşaqlarda breket mealicəsi 11-12 yaşlarında başlanılması tövsiyə olunur.Həkim erkən müayinə ilə yarana biləcək anomaliyaların qarşısını əvvəldən ala bilər.
Vaxtında ana südü ilə qidalanmamaq çənənin inkişafına təsir edir. Çənə inkişafdan qalanda dişlər bir cərgədə yerləşmək üçün yer tapa bilmir. Uşaqları pis vərdişlərdən kənarlaşdırmaq lazımdır, barmaq sovurmaq, əmzikdən çox istifadə etmək diş sırasında qüsurlar yarada bilər.
Diş əyriliyinin səbəblərindən biri də genetik faktorlardan asılı ola bilər, buna görə də uşaqları vaxtında diş müayinəsinə aparmağı tövsiyə edirik.