Ağıl dişi!

agil

Ağıl dişləri 18 yaşından 40 yaşına qədər çıxır və qidanın çeynənilməsində xüsusi rolu yoxdur. Ağıl dişi diş fırçası və diş ipiylə təmizlənməsi çətin bölgədə olduğu üçün yemək artıqları və bakteriyalar burada toplanır. Beləliklə dişin çürüməsi ehtimalı artır. Çeynəmə bucağında yer kiçik olduğu zaman ağıl dişləri əyri çıxır və ya öndəki dişlərin köklərini sıxır. Çənə darlığı və mövqe pozuntusu kimi problemlər olduğu halda ağıl dişlərinin çəkimi tövsiyə olunur.

Ağıl dişi çəkimi digər dişlərdən fərqlidirmi?

Ağıl dişinin mövqeyi, ölçüsü prosesin çətinliyinə təsir edir. Yüngül diş çəkimindən sonra daha az şişkinlik və ağrı olur.
Lakin pasientik yaşı çoxdursa(yaş artıqca sümük quruluşu qalınlaşır və elastiklik azalır), ağıl dişi əyri çıxıbsa və ya üzəri dişəti ilə örtülübsə cərrahi yolla diş çəkilir və daha sonra sağalma müddəti nisbətən daha çətin olur

Bəzi hallarda diş çəkiminə ehtiyac olmur: 

  • Dişin təmizlənməsinə heç bir problem yaratmırsa;
  • Digər dişlər kimi nizamlı bir şəkildə diş sırasında yerləşirsə;
  • Yanında yerləşən digər dişlərdə problem yaratmırsa;
  • İtirilmiş bir dişin əvəzləyicisi olarsa;

 

 

© Copyright 2022 – Sağlam Diş  |  Bütün hüquqları qorunur  |  Hazırladı: SR Tech