Breketlə müalicə hər yaşda mümkündür

breketlə müalicə

Dişlərin əyri olmağı, balanslı olmayan üz və çənə quruluşuna səbəb olur. Ortodontik müalicə ilə qısa müddətdə daha yaxşı bir təbəssüm əldə edə bilərsiniz. Uşaqlarda olduğu kimi, böyüklərdə də ortodontik müalicə etmək mümkündür. Ortodontik müalicə üçün yaş həddi yoxdur və müalicə hər yaşda aparıla bilər!Daha aşağı yaşlarda çənə tam formalaşmadığı üçün müalicə daha asan və qısa müddətli olur, lakin istənilən yaşda breketlərlə müalicə mümkündür.

Səbəbindən asılı olmayaraq diş əyrilikləri yaş ötdükcə daha da artır və müalicə olunmadığı halda həm funksional həm də estetik cəhətdən daha ciddi problemlər yaradır. Digər tərəfdən çənələrin qaydasında bağlanmadığı vəziyyətdə hər çeynəmə əməliyyatı gicgah-çənə oynağında travmaya səbəb olur və çeynəmə, danışma funksiyalarında problemlər yaradır.
Diş əyrilikləri həmçinin dişlərin fırçalanmasını çətinləşdirir və bu da öz növbəsində qida qalıqlarının ağız boşluğunda toplanmasına və nəticədə dişlərdə çürüklərin yaranmasına, ağızdan xoş olmayan qoxu gəlməsinə və diş əti xəstəliklərinin yaranmasına səbəb ola bilər.