Siqaret dişlərinizə zərər verir!

12

Siqaret dişlərinizə zərər verir❗

Tütünün içindəki nikotin dişlərin qısa müddətdə saralmasına gətirib çıxarır. Uzun müddət sigaret çəkən şəxslərin diş rəngi demək olarki qəhvəyi rəngə çevrilir. Həmçinin sigaret pis ağız qoxusu, diş daşının yaranması, dildə dad hiss etmənin azalmasına və damaqda sümük azalmasına, diş minasının ərplə örtülməsinə və beləliklə zədələnməsinə  səbəb olur.

Siqaret istifadəsi diş ətrafı toxuma və dişətində iltihab yaranmasında ən böyük səbəblərdən biridir.
İltihablanmış dişətinin zəifləməsi və qanamalar uzun müddətdə dişlərin itirilməsinə gətirib çıxarır. Tütün dişətinə gedən qanın azalmasına səbəb olduğu üçün dişətində xəstəliklərin yaranmasını sürətləndirir.